Nə üçün Instagram hesabımı artıq Tinder hesabıma qoşa bilmirəm?
Meta Tinder kimi digər tətbiqlərin Instagram-a qoşularaq oradakı şəkilləri göstərmə xüsusiyyətini ləğv edir.
14 noyabr 2024-cü ildən 4 dekabr 2024-cü ilə qədər Tinder Instagram funksiyasını platformamızdan tədricən siləcək.
Yəni, artıq Instagram hesabını profilinlə əlaqələndirə, yaxud da digər insanların profillərində onların Instagram fotolarına baxa bilməyəcəksən.
Instagram fotolarım hələ də profilimdə olacaqmı?
Xeyr, Instagram fotoları silinib, amma birbaşa Tinder-ə yüklədiyin istənilən foto hələ də profilindədir.
Instagram adımı profilimdə paylaşa bilərəm?
İcma qaydalarımıza əsasən, hər kəsin məxfiliyi və təhlükəsizliyi üçün sosial media istifadəçi adlarının profildə paylaşılmasına icazə verilmir. Daha təhlükəsiz bir təcrübə üçün biz həmçinin telefon nömrəsi və e-poçt kimi istənilən şəxsi məlumatların paylaşımını da tövsiyə etmirik.
Instagram olmadan Tinder-də öz haqqımda necə məlumat paylaşa bilərəm?
Səni tamamilə başa düşürük—dəyişiklik ilk vaxtlar sənə çətin gələ bilər. Bionu, fotolarını, Maraqlar, Həyat tərzi bölmələrini yeniləməyə, hətta Spotify-a qoşulmağa çalış— başqalarının səni tanıması üçün bunlar əla vasitələrdir. Profilinin redaktəsi ilə əlaqəli daha ətraflı öyrən.
Instagram ilə əlaqəli datalarımla nə baş verəcək?
2025-ci ilin yanvar ayınadək Tinder hesabından Instagram ilə əlaqəli bütün dataları avtomatik siləcək. Səndən heç nə tələb olunmur—məlumatların təhlükəsiz şəkildə silinəcək.