Abunəliklər və üzvlüklər sən onları ləğv edənə qədər avtomatik yenilənir. Tinder tətbiqinin və ya Tinder hesabının silinməsi abunəliyini və ya üzvlüyünü ləğv etməyəcək. Ləğv etmək üçün aşağıdakı addımları yerinə yetir.
iOS
Sifariş nömrən MK ilə başlayır? Bu o deməkdir ki, sən Tinder tətbiqində iOS satınalması etmisən və Apple tərəfindən sənə faktura kəsilib.
iPhone-nunun istifadəsini ləğv etmək üçün:
- iPhone parametrlərini aç
- Adın, sonra isə Abunəliklər seçimlərinə kliklə
- Ləğv etmək istədiyin abunəliyi və ya üzvlüyü seç
- Abunəliyi ləğv et seçiminə kliklə
Ləğvetmə ilə əlaqəli əlavə təlimat və ya dəstək üçün Apple Dəstək bölməsinə nəzər sal.
Android
Sifariş nömrən GPA ilə başlayır? Bu o deməkdir ki, sən Tinder tətbiqində Android satınalması etmisən və Google Play Store tərəfindən sənə faktura kəsilib.
Android telefonunun istifadəsini ləğv etmək üçün:
- Google Play tətbiqini aç
- Üst sağda profil piktoqramına toxun
- Ödənişlər və abunəliklər, sonra isə Abunəliklər seçimlərinə toxun
- Ləğv etmək istədiyin abunəliyi seç
- Abunəliyi ləğv et seçiminə toxun
Problem yarandı? Əlavə kömək üçün Google Play Dəstək xidməti ilə əlaqə saxla.
Satınalmanı Android və ya Paypal-da birbaşa kredit kartı seçərək etmisənsə:
- Android üçün Tinder tətbiqini aç
- Profil piktoqramına toxun
- Ödəniş hesabını idarə et seçiminə kliklə
- Ləğv etmək istədiyin abunəliyi və ya üzvlüyü tap
- Abunəliyi və ya Üzvlüyü ləğv et seçiminə kliklə
Tinder Onlayn (Tinder.com)
Sifariş nömrən TNDR ilə başlayır? Bu o deməkdir ki, sən Tinder.com və ya Tinder tətbiqində birbaşa kredit kartı ödəniş seçimindən istifadə edərək Android satınalması etmisən.
Abunəliyini ləğv etmək üçün:
- Tinder.com veb saytına keçib hesabına daxil ol
- Profil piktoqramına toxun
- Ödəniş hesabını idarə et seçiminə kliklə
- Ləğv etmək istədiyin abunəliyi və ya üzvlüyü tap
- Abunəliyi və ya Üzvlüyü ləğv et seçiminə kliklə
Texniki problem yarandı? Yaranmış problemlə bağlı təfsilatlı şəkildə bizimlə əlaqə saxlayaraq məlumat ver ki, sənə kömək edə bilək.
Ləğvetmə ilə bağlı ümumi qeydlər
Abunəliyini və ya üzvlüyü ləğv etsən də ödəniş etdiyin qalan günlər üçün ondan istifadə edə biləcəksən. Abunəliyin və ya üzvlüyün ləğv edilməsi etdiyin ödənişləri geri qaytarmır və əvvəldən edilmiş ödənişlər ləğvetmə tarixinə əsasən bölünə bilməz. Birdən çox abunəliyin/üzvlüyün varsa, hər birinin öz yenilənmə tarixi olur və hər birinin ayrıca ləğv etməlisən.