Foto təhlilləri xüsusiyyəti sənin üçün Tinder-də daha müvafiq bir təcrübə yaratmağa kömək edir.
Foto təhlilləri xüsusiyyəti necə işləyir
Tinder təcrübəni təkmilləşdirməyə kömək edən təhlillər yaratmaq üçün —həm artıq yüklədiyin, həm də gələcəkdə əlavə edəcəyin istənilən fotoların daxil– profil fotolarını təhlil edərək əlaqəli etiketləri saxlayırıq. Bu etiketlər sənin üçün daha fərdiləşdirilmiş bir təcrübə yaratmağımıza imkanı verərək maraqlarını, həyat tərzini və seçimlərini daha yaxşı anlamağımıza kömək edir.
Foto təhlilləri etiketlərini sil
Texnologiya qüsursuz deyil və bəzən işlərimizi asanlaşdırmaya bilər. Fotolarınla əlaqələndirilmiş etiketlərin bəzilərini və ya hamısını silmək istəsən, bu addımlara əməl et:
- Tinder tətbiqini aç
- Profil piktoqramına toxun
- Parametrlərə keç
- Ekranı Foto datalarına diyirlə
- "Foto datalarını idarə et" seçiminə toxun
- "Foto dataları etiketlərini idarə et" seçiminə toxun
- Silmək istədiyin istənilən fərdi etiketin yanındakı "x" işarəsinə, yaxud da hesabınla hazırda əlaqələndirilmiş bütün etiketləri silmək üçün "Hamısını sil" seçiminə toxun
Qeyd:"Hamısını sil" seçimini etməyin hesabına yüklədiyin istənilən foto ilə bağlı Foto təhlillərdən çıxmağına səbəb olmur.
Foto təhlilləri xüsusiyyətindən çıxmağın və datalarını silməyin yolları
Bu xüsusiyyət seçimə əsaslanır və istədiyin vaxt onu ləğv edə bilərsən. Bu xüsusiyyətin ləğv edilməsi profil fotolarınla əlaqələndirilmiş bütün mövcud etiketləri avtomatik siləcək. Bunu etmək üçün aşağıdakı addımlara əməl et:
- Tinder tətbiqini aç
- Profil piktoqramına toxun
- Parametrlərə keç
- Ekranı Foto datalarına diyirlə
- "Foto datalarını idarə et" seçiminə toxun
- "Foto datalarından istifadə" seçiminin yanındakı keçidi söndür
Foto təhlilləri datalarından necə istifadə edir
Profil fotolarından yaratdığımız etiketlər haqqında daha çox öyrənməyimizə kömək edən təhlillərin yaradılmasında istifadə olunur. Bu təhlillər yeri gəldikdə müəyyən bir tövsiyənin nə üçün sənə daha müvafiq ola biləcəyini izah etmək məqsədilə istifadə olunur. Yaradılmış etiketlər tamamilə sənin nəzarətində olur. Sənə uyğun olmayan etiketləri sildiyin zaman həmin tövsiyələrin daha da təkmilləşdirilməsinə kömək edirsən və bu, Tinder-də daha fərdiləşdirilmiş təcrübənin yaradılması ilə nəticələnir.
Profilinlə əlaqəli Foto təhlil etiketləri silinmədiyi müddətdə və hesabın açıq olana qədər aktiv qalacaq. Profilindən etiketləri, yaxud da birbaşa hesabını silsən, əvvəldən əlaqələndirilmiş etiketlər Məxfilik siyasətimizə uyğun olaraq silinəcək.
Məxfilik təcrübələrimiz, o cümlədən Haqların haqqında daha ətraflı öyrənmək üçün Məxfilik siyasətimizə nəzər sal. Datalarının bir surətini tələb etməyin yolları haqqında Kömək mərkəzimizə baş çəkə bilərsən.
Daha çox kömək
Foto təhlilləri haqqında daha çox köməyə ehtiyacın varsa, sənə kömək etməyimiz üçün ətraflı məlumatla bizə müraciət et.