Bizə yazın
Salam, vaxt ayırıb bizə kömək etdiyin üçün çox şadıq!
Tinder-in necə işlədiyinə dair sualın var? TVS səhifəsinə bax. O, məhsulumuz, siyasətlərimiz, icmamız və problemlərin həlli üçün əsas məsləhətlər haqqında məlumatlarla əhatə olunub.
Tinder ilə bağlı problem yaşadığını bilmək bizi təəssüfləndirdi!
Problemini aşağıda təsvir etmək üçün vaxt ayırmağın bizim çox işimizə yarayardı, buna baxmayaraq, əvvəlcə səndən tətbiqi silib yenidən quraşdırmağını xahiş edirik. Bu, həm bir çox texniki problemlərin həllini, həm də Tinder-in ən son (və ən yaxşı) versiyasından istifadəni təmin edə bilər.
Problem davam edirsə, aşağıdakı formadan istifadə edərək bizə problemlə bağlı daha ətraflı məlumat, o cümlədən, əgər mümkünsə, problemin skrinşotlarını göndər.
Tinder İstifadə şərtlərimizi və İcma qaydalarımızı pozan hesablara qadağa qoyur.
Hesabına səhvən qadağa qoyulduğuna inanırsansa, Şikayət mərkəzi vasitəsilə şikayət edə bilərsən. Şikayətin göndərilməsi ilə əlaqəli təlimatlar üçün Kömək mərkəzinə nəzər sal.
Hesabına qoyulan qadağa ilə əlaqəli başqa bir köməyə ehtiyacın olduqda aşağıdakı formanı doldur.
Hesabına qadağa qoyulubsa, sənə xəbərdarlıq göndərilib və/və ya profilindən məzmun silinibsə, bunun səbəbi İstifadə şərtlərimizin və ya İcma qaydalarımızın pozulması ilə əlaqəli bir hal müəyyən etməyimizdir.
Görülən tədbirlərin səhv olduğuna inanırsansa, bundan şikayət edə bilərsən. Şikayət etmək üçün Tinder hesabınla eyni giriş məlumatlarından istifadə edərək Şikayət mərkəzinə müraciət et. Tinder-in şikayət prosesi haqqında daha ətraflı məlumat üçün Yardım mərkəzinə nəzər sal.
Əgər hələ də yükləməmisinizsə, Tinder-in App Store və ya Google Play Store-da mövcud olan ən son versiyasından istifadə etdiyinizdən əmin olun.
Telefon nömrəni dəyişdirdiyin və ya Facebook hesabına girişi itirdiyin üçün hesabına daxil ola bilmirsənsə, hesabının bərpası üçün nəzərdə tutulan e-poçt ünvanından istifadə etməklə sənə kömək edə bilərik. Bunun üçün aşağıdakı addımları yerinə yetir:
- Tinder.com hesabına keç
- Daxil ol seçiminə toxun
- "Daxil olmaq problemi var?" sualını verən seçimə kliklə.
- "E-poçtla daxil ol" seç
- Tinder hesabınla əlaqələndirilmiş e-poçt ünvanını daxil et
Texniki problem səbəbilə hesabına daxil ola bilmirsənsə, aşağıda bizə bildir.
Telefon nömrəni dəyişdiyin və ya Facebook hesabına girişi itirdiyin üçün hesabına daxil ola bilmirsənsə, hesabının bərpası üçün nəzərdə tutulmuş e-poçt ünvanından istifadə edərək sənə kömək edə bilərik. Aşağıdakı addımları yerinə yetir:
- Tinder.com-a keç
- "Daxil ol" seçiminə toxun
- "Daxil olma problemi var?" sualına toxun
- "E-poçtla daxil ol" seçiminə kliklə
- Tinder hesabınla əlaqələndirilmiş e-poçt ünvanını daxil et
E-poçt və ya SMS təsdiqləməsi ilə əlaqəli texniki bir problem yarandıqda, aşağıda bizə bildir.
Hesabını bağlamaq istədiyin üçün təəssüf edirik! Hesabını silmək üçün ona daxil ola bilməlisən. iOS və ya Android, Tinder.com və ya Tinder Hesab İdarəetmə portalı vasitəsilə Tinder tətbiqinə daxil olaraq hesabını silə bilərsən.
Tinder-ə daxil olmusansa, hesabını silmək asandır: yuxarı sol küncdəki profil piktoqramına toxunub > "Parametrlər" > bölməsinə keç, sonra ekranı aşağı diyirləyib "Hesabı sil" > seçiminə klikləyib təsdiqlə.
Əgər hesabına daxil ola bilmirsənsə, aşağıdakı formanı doldur.
Bu halda Tinder hesabınla əlaqələndirdiyin e-poçt ünvanından bizimlə əlaqə saxlamalısan. Qeyd: Bu e-poçt ünvanından bizimlə əlaqə saxlaya bilməsən, sorğunu emal etməyimiz mümkün olmaya bilər.
Telefon nömrəni dəyişdirdiyinə görə hesabına daxil ola bilmirsənsə, bərpa üçün nəzərdə tutulmuş e-poçt ünvanından istifadə edərək sənə kömək edə bilərik.
- Tinder.com saytına keç
- "Daxil ol" seçiminə kliklə
- "Daxil olma problemi var?" sualına toxun
- "E-poçtla daxil" seçiminə kliklə
- Tinder hesabınla əlaqələndirdiyin e-poçt ünvanını daxil et
Hesabına daxil ola bilmir və onu silməkdə sənə kömək etməyimizi istəyirsənsə, aşağıdakı formanı doldur. Bu zaman təhlükəsizliyin qorunması üçün bizimlə Tinder hesabınla əlaqələndirdiyin e-poçt ünvanından əlaqə saxlamalısan. Qeyd: Əgər bizimlə bu e-poçt ünvanından əlaqə saxlamasan, sorğunu emal edə bilmərik.
Tinder-də qeydiyyatdan keçərkən texniki problemlə qarşılaşsan, aşağıda bizə bildir.
Salam! Bu satınalmanı Apple ID-dən istifadə edərək həyata keçirmisənsə, ödənişinin geri qaytarılması prosesinin Tinder deyil, Apple tərəfindən idarə olunacağını nəzərə al.
Apple-dan ödənişin geri qaytarılmasını tələb etmək üçün Apple dəstək bölməsinə daxil ol və ya aşağıdakı addımları yerinə yetir:
- Kompüterdə iTunes-u aç
- Apple ID-nin üzərinə kliklə
- Satınalma tarixçəsini seç
- Geri qaytarılmasını istədiyin ödəniş əməliyyatını tap və "Problemi bildir" seçiminə kliklə
Android cihazında satınalma etmisənsə, ödənişinin geri qaytarılması ilə bağlı tələbini məmnuniyyətlə nəzərdən keçirir, bununla belə aşağıda daha çox məlumat verməyini xahiş edirik.
Ödənişin geri qaytarılması ilə bağlı tələbinin səbəbini də açıqlama hissəsində göstərməyini xahiş edirik.
Qeyd: Ödənişin geri qaytarılması ilə bağlı tələblər yalnız əməliyyat tarixindən etibarən növbəti 14 gün ərzində tələb olunduqda qəbul edilir.
Bu satınalmanı Tinder.com-da etmisənsə, ödənişin geri qaytarılması ilə bağlı tələbini məmnuniyyətlə nəzərdən keçiririk, bununla belə ödənişin geri qaytarılması ilə bağlı tələbinin səbəbini də açıqlama hissəsində göstərməyini xahiş edirik.
Qeyd: Ödənişin geri qaytarılması ilə bağlı tələblər yalnız əməliyyat tarixindən etibarən növbəti 14 gün ərzində tələb olunduqda qəbul edilir.
Apple ID-dən istifadə edərək bir Tinder abunəliyi almısansa, abunəliyini birbaşa iOS cihazından ləğv etməlisən. Aşağıdakı addımları yerinə yetir:
- iOS parametrlərinə keç
- "iTunes & App Store" tapıb seç
- "Apple ID" (Apple ID e-poçtun) seçiminə kliklə
- "Apple ID göstər" seçiminə kliklə
- "Daxil ol" seçiminə klikləyərək
- ekranı aşağı "Abunəliklər" bölməsinə diyirlə və sonra onun üzərinə kliklə
- "Tinder" seçib "Abunəliyi ləğv et" üzərinə kliklə
Bu ekranda abunəliyinin son tarixini görə bilərsən. Daha ətraflı məlumat üçün bu Apple dəstək məqaləsinə nəzər sal.
Qeyd: Abunəliyini ləğv etdikdən sonra artıq ödənişini etdiyin qalan günlər üçün abunəliyindən istifadə edə biləcəksən. Abunəliyini ləğv etsən də, abunə ödənişləri geri qaytarılmayacaq və ləğvetmə tələbindən əvvəl alınmış abunə haqları ləğvetmə tarixinə görə hesablana bilməz. Tətbiqi və/və ya hesabını silməklə abunəliyini ləğv edə bilməzsən.
Android cihazından istifadə edərək Tinder Plus və ya Tinder Gold-a abunə olmusansa, ləğvetmə addımları ödəniş üsulundan asılı olaraq dəyişəcək.
Əgər sən Google Play Store hesabınla abunə olmusansa:
- Google Play Store tətbiqini aç
- Sol tərəfdəki menyudan istifadə edərək "Hesab"ı seç
- "Abunəliklər"ə keç və "Tinder"i seç
- "Ləğv et" və ya "Abunəlikdən çıx" seçimlərinə kliklə
- Təsdiq et
Android-də kredit kartı ilə ödəniş seçimindən istifadə edərək abunə olmusansa:
- Android üçün olan Tinder tətbiqini aç
- Əsas ekranın yuxarı hissəsində görünən profil piktoqramına kliklə
- "Ödəniş hesabını idarə et" seçiminə kliklə
- "Abunəliyi ləğv et" seçiminə kliklə
Qeyd: Abunəliyini ləğv etdikdən sonra artıq ödənişini etdiyin Tinder Plus və ya Tinder Gold abunəliyin üçün qalan günlərdən istifadəyə davam edə biləcəksən. Abunəliyini ləğv etsən də, abunə ödənişləri geri qaytarılmayacaq və ləğvetmə tələbindən əvvəl alınmış abunə haqları ləğvetmə tarixinə görə hesablana bilməz. Tətbiqi və/və ya hesabını silməklə abunəliyini ləğv edə bilməzsən.
Ləğvetmə ilə əlaqəli problem var? Aşağıda bizə bildir.
Tinder Plus və ya Tinder Gold abunəliyini <a href="https://tinder.com/”>Tinder.com-da almısansa, aşağıdakı addımları yerinə yetirərək abunəliyini ləğv edə bilərsən:
- Tinder.com-a keç
- Əsas ekranın yuxarısında görünən profil piktoqramına toxun
- "Hesabı idarə et" bölümünə keç
- "Avtomatik yeniləmə" funksiyasını qeyri-aktiv et, yaxud da "Ləğv et" seçiminə kliklə
Qeyd: Abunəliyini ləğv etdikdən sonra artıq ödənişini etdiyin Tinder Plus və ya Tinder Gold abunəliyin üçün qalan günlərdən istifadəyə davam edə biləcəksən. Abunəliyini ləğv etsən də, abunə ödənişləri geri qaytarılmayacaq və ləğvetmə tələbindən əvvəl alınmış abunə haqları ləğvetmə tarixinə görə hesablana bilməz. Tətbiqi və/və ya hesabını silməklə abunəliyini ləğv edə bilməzsən.
Ləğvetmə ilə bağlı problemin var? Zəhmət olmasa problemi aşağıda bildir.
Satınalma ilə bağlı qarşılaşdığın problemə görə təəssüflənirik!
Hələ etməmisənsə, satınalmanı bərpa etməyə çalışın - bunu bir neçə ipucu ilə edə bilərsən:
- Tinder-i aç
- Əsas ekranın yuxarısındakı profil piktoqramına toxun
- Parametrlərə keç
- Ekranı aşağı diyirlə və "Satınalmanı bərpa et" seçiminə kliklə
Problem davam edir? Aşağıda bizə bildir.
Tətbiqdə tanınmayan aktiv bir Tinder abunəliyin varsa, Tinder-in ən son versiyasından istifadə etdiyindən əmin ol və satınalmanı bərpa etmək üçün aşağıdakı addımları yerinə yetir:
- Tinder-i aç
- Əsas ekranın yuxarısındakı profil piktoqramına kliklə
- Parametrlərə keç
- Ekranı aşağı diyirləyib "Satınalmanı bərpa et" seçiminə kliklə
Qeyd: "Satınalmanı bərpa et" funksiyası kartından təkrar ödəniş çıxmayacaq. O, yalnız Tinder-də olan istənilən mövcud aktiv abunəliyi bərpa edir
Satınalmanı bərpa edərkən problemlə qarşılaşsan, aşağıda bizə bildir və açıqlama, yaxud da gördüyün xətanın skrinşotunu göndərməyi də unutma.
Satınalma ilə bağlı problem yaşadığına görə təəssüfləndik! Əgər hələ yükləməmisənsə, Tinder-in App Store və ya Google Play Store-da mövcud olan ən son versiyasından istifadə etdiyindən əmin ol və yenidən cəhd et.
Problem hələ də davam edirsə, bunu aşağıda bildir.
Bunun üçün təəssüf edirik!
Kimsə Tinder-də satınalma etmək üçün saxtakarlıqla kredit kartından istifadə edibsə sənə dərhal kömək edə bilməyimiz üçün aşağıdakı formanı doldur.
Tinder-ə abunə olduqda, təsadüfən abunəlik satınalması etdikdə və bu abunəliklə əlaqəli təkrarlanan ödənişləri dayandırmaq istədikdə bunu istənilən vaxt burada verilmiş addımları yerinə yetirməklə ləğv edə bilərsən. Ödənişin geri qaytarılmasını tələb etmək üçün bu formanın başına qayıdıb "Faktura və ödənişlə əlaqəli kömək" > "Ödənişin geri qaytarılmasını istəyirəm" seçimlərinə kliklə.
Tətbiqdə kimisə şikayət etmək üçün: İstifadəçinin profilini aç > ekranı aşağı diyirlə > "Şikayət et" seçiminə kliklə
Kimdənsə e-poçt vasitəsilə şikayət etmək üçün: Aşağıdakı formanı doldur. Mümkünsə, açıqlama hissəsində aşağıdakı məlumatları daxil et:
- Haqqında şikayət etdiyin hadisənin təfərrüatları
- Bu profilin məkanı (şəhər, əyalət, ölkə və s.)
- Profildə görünən dəqiq ad, yaş və bio
Əgər istifadəçi profilinin fotolarını və digər müvafiq məlumatları təsvir edən skrinşotlar varsa, onları da aşağıda əlavə et. Verdiyin məlumat nə qədər təfərrüatlı olsa, həmin istifadəçini bir o qədər tez müəyyən edib araşdıra bilərik.
Qeyd: Şikayət edərkən bizə mesajlaşmaların, profil məlumatları və s. daxil, bütün müvafiq məlumatları nəzərdən keçirmə icazəsi verirsən. Biz yalnız müvafiq tədbir görmək üçün ehtiyacımız olan qədər məlumatı nəzərdən keçirəcəyik. Şikayətin və kimliyin məxfi qalacaq.
Təhlükəsizliyin bizim üçün əhəmiyyətlidir. Əgər səni və ya bir tanışını hər an fiziki təhlükə gözləyirsə, kömək üçün vaxt itirmədən yerli hakimiyyət orqanları ilə əlaqə saxla.
Təhlükəsizliyin bizim üçün əhəmiyyətlidir. Əgər səni və ya bir tanışını hər an fiziki təhlükə gözləyirsə, kömək üçün vaxt itirmədən yerli hakimiyyət orqanları ilə əlaqə saxla.
Bir tanışımı təqlid edirlər:
Yalnız təqlid edilən şəxs bizə e-poçt ilə şikayət göndərə bilər, amma sən:
Təqlid edilən şəxsi təmsil etmək səlahiyyətin varsa (yəni o şəxs uşağın, müştərin və s.-dirsə), aşağıdakı formanı dolduraraq profil haqqında bizə şikayət göndər.
Kimsə məni təqlid edir:
Kimsə Tinder profili yaradıbsa və özünü sənin kimi qələmə verirsə, aşağıdakı formanı doldur.
Açıqlama hissəsinə aşağıdakı məlumatları daxil et:
Bu kimi hallarda ekran görüntüləri çox faydalıdır. Ad/yaş/bio-nun qeyd edildiyi profilin skrinşotunu əlavə etməyin ən ideal üsuldur. Göndərdiyin məlumatlar nə qədər təfərrüatlı olsa, bu profili bir o qədər tez müəyyən edib araşdıra bilərik.
Qeyd: Şikayət edərkən bizə mesajlaşmaların, profil məlumatları və s. daxil, bütün müvafiq məlumatları nəzərdən keçirmə icazəsi verirsən. Biz yalnız müvafiq tədbir görmək üçün ehtiyacımız olan qədər məlumatı nəzərdən keçirəcəyik. Şikayətin və kimliyin məxfi qalacaq.
No problem! Our team would be happy to investigate and help out.
Kiminsə birbaşa və ya fiziki təhlükəyə məruz qaldığını hiss etsən, kömək üçün yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxla.
Əgər sən və ya bir tanışın emosional və ya intihara meyilli vəziyyətdədirsə, kömək etmək, dinləmək, dəstək təklif etmək və nə ilə üzləşməli olduğuna baxmadan tövsiyə verməyə hazır insanlar var.
- ABŞ-da: 1-800-273-TALK (8255) nömrəsindən intiharın qarşısının alınması üçün 24 saat pulsuz xidmət göstərən, məxfi qaynar xətt olan "National Suicide Prevention Lifeline" ilə əlaqə saxla.
- Dünyanın digər yerlərində: Bütün dünyada resursları və böhran mərkəzlərini tapmaq məqsədilə qurulmuş İntiharın Qarşısının Alınması üzrə Beynəlxalq Assosiasiyanın veb saytına daxil ol.
Təhlükəsizliklə bağlı narahatlığı birbaşa bizə bildirmək istəsən, aşağıdakı formanı doldur.
Qeyd: Şikayət etməklə bizə mesajlaşmalarına, profil məlumatlarına və s. daxil olmaq və bütün müvafiq məlumatları nəzərdən keçirmək icazəsi verirsən. Biz yalnız müvafiq tədbir görmək üçün ehtiyacımız olan qədər məlumatı nəzərdən keçirəcəyik. Şikayətin və kimliyin məxfi qalacaq.
Tinder-ə telefon nömrəsi ilə daxil olursansa: Təhlükəsizlik məqsədləri ilə daxil olduqdan sonra SMS təsdiqi tələb olunur. Başqa bir istifadəçi telefonuna, telefon nömrənə və/və ya telefon nömrənə göndərilmiş SMS təsdiqləmə kodlarından birinə giriş əldə etmədiyi müddətcə hesabına daxil ola bilməz. Kimsə hesabına icazəsiz girə bilibsə, hesabın bərpasından istifadə edərək yenidən daxil olmağını tövsiyə edirik:
- Tinder.com-a keç
- "Daxil ol" seçiminə kliklə
- "Daxil olma problemi var?" sualını seç
- "E-poçtla daxil ol" seçiminə kliklə
- Tinder hesabınla əlaqələndirilmiş e-poçt ünvanını daxil et
Hələ də köməyə ehtiyacın var? Aşağıda bizə bildir.
Qeyd: Şikayət edərkən bizə mesajlaşmaların, profil məlumatları və s. daxil, bütün müvafiq məlumatları nəzərdən keçirmə icazəsi verirsən. Biz yalnız müvafiq tədbir görmək üçün ehtiyacımız olan qədər məlumatı nəzərdən keçirəcəyik. Şikayətin və kimliyin məxfi qalacaq.
Şəxsi məlumatlarının surətini tələb etmək üçün Tinder-in "Hesabımı idarə et" bölməsinə baş çəkib hesabına təhlükəsiz şəkildə daxil ol, "Məlumatlarımı yüklə" seçiminə kliklə və e-poçt ünvanını daxil et.
Bir neçə gün ərzində e-poçtuna məlumatlarını endirmək üçün bir link göndəriləcək. Məxfiliyini və təhlükəsizliyini qorumaq üçün bu link e-poçta göndərildikdən 24 saat sonra qeyri-aktiv olacaq.
"Hesabımı idarə et" ilə alacağın məlumatların bir çoxu — məsələn, e-poçt ünvanın, telefon nömrən, profil foton (fotoların), mesajların və seçimlərin — artıq tətbiq vasitəsilə sənə təqdim olunur və Tinder-dən istifadə şəklindən asılı olaraq dəyişə bilər. Ümumilikdə, bu məlumatlara birbaşa və ya sosial media hesabların vasitəsilə təqdim etdiyin məzmun və fotolar, o cümlədən Tinder kimi bir tətbiqdən gözlədiyin mesajlar və digər məlumatlar daxildir.
Tinder hesabını sildikdə, artıq hesabın olmadığı üçün "Hesabımı idarə et" bölməsinə daxil ola bilməyəcəksən. Bunun əvəzinə, əlaqə formamızın aşağı açılan menyusunda "Məlumatlarımla bağlı başqa bir sualım var" seçimini edərək sorğu göndərə bilərsən. Hesabını sildiyin zaman məlumatların Məxfilik Siyasətimizə uyğun olaraq silinir.
Ətraflı məlumat üçün TVS bölməsində Şəxsi məlumatlarımın surətini necə tələb edə bilərəm? sualına bax.
Köməyə ehtiyacın olduqda və ya aldığın məlumatlarla bağlı sualların varsa, əlaqə formasında "Məlumatlarımla bağlı başqa bir sualım var" seçimini edərək, yaxud da Dəstək qrupumuzdan aldığın e-poçta cavab verərək sorğu göndərə bilərsən. Tinder-in Məlumatların Mühafizəsi Ofisi ilə necə əlaqə saxlaya biləcəyini öyrənmək üçün TVS bölməsinə bax.
Bəzi sualların artıq Məxfilik siyasətimizdə və ya TVS bölməsində cavablandırılmış ola bilər.
Axtardığını tapa bilməsən, aşağıda bizimlə əlaqə saxla.
This form is intended for individuals located in the United States who are reporting Non-Consensual Intimate Images (NCII) or deepfakes under the U.S. TAKE IT DOWN Act (Public Law 119-12). If you are located in the United States and are reporting NCII or deepfakes on our platform, please use this form to provide as much information as possible.
Note: If you are not located in the United States, or if you wish to report content other than NCII or deepfakes, please use our in-product reporting tools or this contact form.
To help us locate and remove the content you are reporting as quickly as possible, please complete all required fields and provide as much detail as possible regarding the reported content. If possible, include screenshots, profile information, or links associated with the content. If you are submitting a report on behalf of another individual, please indicate your relationship to that individual or your authorization to act on their behalf.
We will contact you if more information is needed to process your report.
Have a thought? We'd love to hear it!
While we do review and track these reports, please note that we may not reply to every one of you individually. However, you can trust that your feedback is heard, escalated whenever necessary, and helps us improve the Tinder experience for everyone!
Note: By reporting, you authorize us to review all relevant information, including exchanged messages, profile information, etc. We will only review sufficient information to take appropriate action. Your report and identity will remain confidential.
Müəllif hüququ ilə qorunan işin icazəsiz Tinder-ə yerləşdirilibsə, bu formadan istifadə edərək müəllif hüququnun ləğvi sorğusunu göndərə bilərsən.
Yalnız müəllif hüququ sahibi və ya onların səlahiyyətli nümayəndəsi (məsələn, vəkil) müəllif hüquqlarının pozulması ilə bağlı şikayət göndərə bilər. Əgər müəllif hüququ sahibi və ya səlahiyyətli nümayəndəsi deyilsənsə, şikayətini emal edə bilməyəcəyik. Sahibi olmadığın məzmunun silinməsi ilə bağlı tələb göndərmək kimi bu formadan sui-istifadəyə səbəb olan davranışlar Tinder hesabının ləğvi ilə nəticələnə bilər.
Təqlidetmə ilə əlaqəli qeyd: Əgər kimsə özünü sənin kimi qələmə verib Tinder hesabı yaradıbsa, yuxarıda açılan menyudan istifadə edərək “Kimsə məni təqlid edir” başlığı altında bu haqda şikayət et. Təqlid haqqında şikayət etmək üçün Müəllif hüquqlarının ləğvi formasından istifadə gecikmiş dəstəklə nəticələnə bilər.
This form is intended for individuals located in the European Economic Area (EEA), and/or authorized Trusted Flaggers under Article 22 of the Digital Services Act (DSA). If you belong to either of these categories, you can use this form to report content on Tinder that you believe is illegal in the EEA.
Note: If you're not located in the EEA, not an authorized Trusted Flagger, or you wish to report content for reasons other than its legality, please use our in-product reporting tools or this contact form.
To ensure a thorough and efficient review of your report, please complete all required fields. Provide detailed descriptions of the content and explain why you consider it to be unlawful. If possible, attach a screenshot of the profile associated with the content. If you’re a Trusted Flagger, please use your organizational email address to complete the form.
We understand that situations like this can be distressing. If you need immediate support, the Brazilian government provides a free, confidential helpline for women:
Central de Atendimento à Mulher — Ligue 180
Available 24 hours a day, 7 days a week, free of charge. Dial 180 provides support, guidance, and referrals for women experiencing violence or in situations of risk.
You can also visit STOPNCII.org for information and support related to non-consensual intimate image abuse. These resources are optional and are available if they may be helpful to you.