Adın və yaşın hesabını yaratdıqdan sonra profilində dəyişdirə bilməyəcəyin yeganə hissələrdir.
…Bununla belə, başa düşürük ki, hamı hərf səhvi edə bilər!
Əgər bunlardan birini, yaxud da hər ikisini dəyişdirməli olsan, hesabını silib yenidən başlaya bilərsən. Nəzərə al ki, hesabını silsən, uyğunlaşmalarını, mesajlarını, istifadə oluna bilən satınalmalarını (Super Bəyənmələr, Boost-lar və s.) və bununla əlaqəli digər məlumatlarını itirəcəksən.
Hesabını silmək üçün bu addımları yerinə yetir:
- Tinder-i aç
- Profil piktoqramına toxun
- Parametrlərə keç
- Ekranı aşağı diyirlə və "Hesabı sil" seçiminə toxun
Tinder abunəliyin varsa, onu bərpa edə və yeni hesabında ondan istifadə edə bilərsən. Yeni profilini yaratdıqdan sonra satınalmanı bərpa etmək üçün buradakı təlimatları yerinə yetir.