1 və ya bir neçə uyğunlaşma yox oldu
Bütün uyğunlaşmalarım yox oldu
Uyğunlaşmalar qeyri-müəyyən müddətə yüklənir
Uyğunlaşmalarımın fotoları yüklənmir.
1 və ya bir neçə uyğunlaşma yox oldu
Uyğunlaşmalarından yalnız 1 və ya bir neçəsi yox olubsa, onlar böyük ehtimalla ya səninlə uyğunlaşmadan çıxıblar, ya da Tinder hesablarını siliblər. Əgər birisi hesabını sildikdən sonra yenidən Tinder-ə qayıtmaq qərarına gəlsə, həmin şəxsin Kəşfetmədə yenidən peyda olduğunu görə bilərsən.
Bütün uyğunlaşmalarım yox oldu
Bu müvəqqəti bir hal ola bilər, daha sonra təkrar cəhd et. Hələ də uyğunlaşmalarından heç birini görə bilmirsənsə, tətbiqdən çıx və yenidən daxil ol:
- Tinder-i aç
- Profil piktoqramına toxun
- Parametrlərə keç
- Ekranı aşağı diyirlə və Çıxış seçiminə toxun
Yeni uyğunlaşmalar yoxdur
Kim olduğun və necə göründüyünün bir fərqi yoxdur — əlaqə qurmaq vaxt və səy tələb edir. Bu hər zaman tez başa gəlməyə, daimi olmaya, yaxud da səninlə əlaqəli olmaya bilər. Diqqətləri cəlb etmək üçün sadəcə bir neçə tövsiyəyə ehtiyacın ola bilər:
- Profilinə yeni bir ab-hava gətirmək üçün bio və ya fotolarını yenilə
- Ən çox Bəyənilən fotonun hər zaman birinci olduğundan əmin olmaq üçün Smart fotolar xüsusiyyətini yandır
- Səninlə uyğunlaşma ehtimalı olanların haqqında daha çox görmələri və eşitmələri üçün Insta və Spotify hesablarını profilinə qoş
Yaxşı xəbərlər? Yeni biri ilə əlaqə qurmağın an məsələsidir.
Uyğunlaşmalar qeyri-müəyyən müddətə yüklənir
Uyğunlaşmalarını tam yükləyə bilmirsənsə, nasazlıqların aradan qaldırılması üçün bir neçə addımı sınaqdan keçir:
- İnternetə qoşulu olduğundan əmin ol — problemin internetlə bağlı olub-olmadığını görmək üçün Wi-Fi və mobil internet arasında keçid et.
- Tətbiqi silib təkrar quraşdır. Bununla nəinki Tinder-in ən son versiyasını əldə edəcək, həm də tətbiqlə bağlı təcrübəni yeniləyəcəksən!
- Tinder tətbiqindən iOS və ya Android-də istifadə edirsənsə, bunun əvəzinə Tinder.com-dan istifadə etməyə çalış.
Uyğunlaşmalarımın fotoları yüklənmir
Uyğunlaşmalardan 1 və ya daha çoxunun fotosu yüklənmirsə, sistemdən çıxıb yenidən daxil olmağa cəhd et.
- Tinder-i aç
- Profil piktoqramına toxun
- Parametrlərə keç
- Ekranı aşağı diyirlə və Çıxış seçiminə toxun
Bu tövsiyələr işə yaramalıdır, amma yenə kömək etməsə, ehtimal ki, bəzi texniki çətinliklərə məruz qalmışıq və biz problemi həll edənə qədər göstərdiyin səbr üçün təşəkkür edirik.