Planların dəyişə biləcəyini başa düşürük. Tətbiqdaxili satınalmaların əksəriyyətinin geri qaytarılması mümkün olmasa da, bəzi istisnalar tətbiq olunur. Son 14 gün ərzində edilmiş satınalma ilə bağlı kömək lazımdırsa, kömək etməyə hazırıq. Satınalmanızı harada etməyinizdən asılı olaraq, sizə lazım olan məlumatı aşağıda tapacaqsınız.
TNDR və ya COSU geri ödəniş sorğuları
Əgər kredit/debit kartınız, Paypal və ya Google CC ilə almısınızsa və ya abunə olmusunuzsa, geri ödəniş sorğunuzla bağlı kömək edə bilərik. Sorğunuzu sürətləndirmək üçün aşağıdakıları nəzərdə saxlayın:
- Satınalma üçün istifadə etdiyiniz e-poçt ünvanından istifadə edərək bizimlə əlaqə saxlayın .
- Sorğunuza sifariş nömrənizi əlavə edin (abunəlik və ya istehlak məhsulu olmasından asılı olaraq, TNDR və ya COSU ilə başlayır).
Apple və Google geri ödəniş sorğuları
Satınalmanızı Apple və ya Google vasitəsilə etmisinizsə, geri ödəniş və ya ləğvetmə ilə bağlı onlarla birbaşa əlaqə saxlamalı olacaqsınız. Geri ödənişlər hər bir platformanın qərarına əsasən aparılır və müvafiq geri ödəniş siyasəti ilə tənzimlənir.
Satınalmanı etdiyiniz platformada geri ödəniş sorğusu göndərməyin qaydası aşağıda göstərilib:
Apple App Store
Birbaşa Apple ilə edilmiş Tinder abunəlikləri və istehlak məhsullarının (Boost və Super Bəyənmələr kimi) satınalmaları ilə bağlı bütün geri ödəniş və ləğvetmələrə Apple tərəfindən baxılır.
Geri ödəniş sorğusu göndərmək üçün Apple Dəstək səhifəsinə keçin.
Google Play Store
Birbaşa Google ilə edilmiş Tinder abunəlikləri və istehlak məhsullarının (Boost və Super Bəyənmələr kimi) satınalmaları ilə bağlı bütün geri ödəniş və ləğvetmələrə Google tərəfindən baxılır.
Geri ödəniş sorğusu göndərmək üçün regionunuzdan asılı olaraq addımbaaddım təlimatlar əldə etmək üçün Google dəstək səhifəsinə keçin.