Artıq xəyallarındakı şəxslə uyğunlaşmısansa, yaxud da sadəcə fasiləyə ehtiyacın varsa, abunəliyini ləğv etmək və gələcək ödənişlərin qarşısını almaq üçün aşağıda ətraflı məlumat verilir.
iOS satınalmaları
Sifariş nömrən MK, ilə başlayırsa, bu Tinder tətbiqində satınalmanı iOS vasitəsilə etdiyini və fakturanın Apple tərəfindən kəsildiyini göstərir.
Apple cihazında ləğv etmək üçün:
- Parametrləri aç
- Yuxarıda adının üstünə kliklə
- Abunəliklər seçiminə kliklə
- Ləğv etmək istədiyin abunəliyi tapıb seç
- Abunəliyi ləğv et seçiminə kliklə
Köməyə ehtiyacın olsa, ətraflı məlumat üçün Apple dəstəyi ilə əlaqə saxla.
Nəzərə al ki, Apple Pay və internet vasitəsilə ödəniş seçimləri müəyyən bazarlarda tətbiq oluna bilər. Bu metodlardan biri ilə abunəlik almısansa,Tinder.com satınalmaları səhifəsindəki təlimatlara nəzər sal.
Android satınalmaları
Sifariş nömrən GPA ilə başlayırsa, bu, Tinder tətbiqində Android vasitəsilə qeydiyyatdan keçdiyini və fakturanın Google Play Store tərəfindən kəsildiyini göstərir.
Android cihazında ləğv etmək üçün:
- Google Play tətbiqini aç
- Yuxarı sağ tərəfdə profil piktoqramına toxun
- Ödənişlər və abunəliklər > Abunəliklərə keç
- Ləğv etmək istədiyin abunəliyi seç
-
Abunəliyi ləğv et seçiminə toxun
Əlavə sualların varsa, kömək üçün Google Play dəstəyi ilə əlaqə saxla.
Alternativ olaraq, Android tətbiqində birbaşa kredit kartı və ya PayPal ilə ödəniş etmisənsə:
- Android cihazında Tinder tətbiqini aç
-
Profil piktoqramına
kliklə
"Ödəniş hesabını idarə et"i seç - Ləğv etmək istədiyin abunəliyi tap
- Abunəliyi ləğv et seçiminə kliklə
Daha çox köməyə ehtiyacın var? Əlavə dəstək üçün kredit kartı şirkətinlə və ya PayPal Dəstəyi ilə əlaqə saxla.
Tinder.com satınalmaları
Sifariş nömrən TNDR ilə başlayırsa, kredit kartı ilə Tinder.com və ya Android tətbiqindən satınalma etmisən.
Bunu ləğv etmək üçün:
- Tinder.com saytına keç və hesabına daxil ol
-
Profil piktoqramına
toxun
- Ödəniş hesabını idarə et seçiminə kliklə
- Ləğv etmək istədiyin abunəliyi tap
- Abunəliyi ləğv et seçiminə kliklə
Texniki problemlərlə üzləşirsən? Bizimlə əlaqə saxlayaraq ətraflı məlumatı paylaş ki, sənə kömək edə bilək.
Üçüncü tərəf satınalmaları
Əgər üçüncü tərəfə aid bir məhsul satınalması etmisənsə, bu, çox güman ki, Tinder tətbiqi və ya tinder.com saytı xaricində baş verib.
- Ləğv etmək üçün: Yuxarıdakı ləğv etmə addımlarından birinə əməl edə bilərsən.
-
Geri ödəniş tələb etmək üçün: Birbaşa satıcı ilə əlaqə saxlamalısan.
Abunəliyin ləğvi barədə əlavə məlumatlar
- Tətbiqin quraşdırmasını ləğv etmək və ya tətbiqi silməklə abunəliyin ləğv edilmir.
- Abunəliklər eyni vaxtda yalnız 1 Tinder hesabı ilə əlaqələndirilə bilər.
- Cihazlarını dəyişmisənsə (məsələn, iOS-dan Android-ə keçmisənsə), abunəliklər platformalar arasında ötürülmədiyi üçün köhnə cihazındakı abunəliyini ləğv etməlisən.
- Abunəliklərin yenilənməsi proses ləğv olunana qədər avtomatik baş verir.