Tinder-ə xoş gəlmisiniz!
Tinder nədir?
Tinder 2012-ci ildə bir kollec şəhərciyində təqdim edildi və yeni insanlarla tanış olmaq üçün dünyanın ən populyar tətbiqinə çevrildi. Tinder ehtimallar dünyası üzərində qurulmuş, yəni daha bir çox yeniliyə səbəb ola biləcək tanışlıqlar yaratmaq ehtimalına malik bir tətbiqdir.
Tinder sadə və əyləncəlidir — birini bəyənmə funksiyası olan "Swipe Right®" istifadə et, bəyəndiyin şəxs də sənə eynisini göndərsə, deməli, o da Səni Bəyənir! Sonsuz ehtimallar dünyasına daxil olmağa hazırlaş.
Minimum yaş tələbi nədir?
Tinder üçün minimum yaş həddi tələbi 18 yaşdır. Yaş həddi tələbimizə cavab vermədiyin üçün Tinder-dən istifadən qadağan edilibsə, 18 yaşına çatana qədər qeydiyyatdan keçə bilməyəcəksən.
Tinder-dən dünyanın istənilən yerində istifadə edə bilərəm?
Tinder qlobal bir onlayn tanışlıq platformasıdır və 190-dan çox ölkədə, 40-dan çox dildə mövcuddur. Görüşə çıxmaq, yeni insanlarla tanış olmaq, sosial çevrəni genişləndirmək və ya səyahət zamanı yerli sakinlərlə görüşmək istəyirsən? Elədirsə, axtardığın yerdəsən.
Tinder pulsuzdur?
Tinder-i App Store və Google Play Store-dan pulsuz endirə bilər, yaxud da Tinder vebdən istifadə etmək üçün Tinder.com saytına daxil ola bilərsən. Pulsuz versiyamızdan istifadə edərək uyğunlaşma, çatlaşma və əlaqə yaratma imkanı yaxala.
Daha geniş bir Tinder təcrübəsi üçün Plus, Platinum və ya Gold versiyalarına keç! Bu abunəlik səviyyələri haqqında ətraflı məlumat əldə et və sənə ən uyğun olanını tap.
Dəstəklənən platformalar və cihazlar
Tinder hazırda Android və iOS üçün aktivdir. Mobil tətbiqlərimizdən əlavə, Tinder.com saytına daxil olaraq Tinder-in veb üçün olan versiyasından istifadə edə bilərsən.
Hazırda Tinder iOS 16.0 və sonrakı versiyasını, Android 10.0 və sonrakı versiyasını, eləcə də əsas veb-brauzerlərin (Chrome, Firefox, Safari, Edge və s.) ən son versiyalarını dəstəkləyir.