Telefon nömrəni yeniləməlisən? Problem yoxdur! Bu maddə aşağıdakıları əhatə edir:
Hesab məlumatının yenilənməsi
Tinder-də telefon nömrəni yeniləmək üçün aşağıdakı addımlara riayət et:
- Tinder tətbiqini aç və ya Tinder.com saytına baş çək
- Profil piktoqramına toxun
- Parametrlər piktoqramına toxun
- Hesab parametrlərinə keç
- Telefon nömrəsi > Telefon nömrəmi yenilə seçimlərinə toxun
- Yeni telefon nömrəni daxil et və SMS yoxlaması üçün addımlara riayət et
Hesabın bərpası
Telefon nömrən dəyişdiyi üçün hesabına daxil ola bilmirsənsə, hesabın bərpasından istifadə edərək girişi təkrar qazan:
- Tinder tətbiqini aç və ya Tinder.com saytınabaş çək
- Daxil ol seçiminə toxun
- Daxil ola bilmədin? qutucuğunu seç
- Tinder hesabınla əlaqələndirilmiş e-poçt ünvanını daxil et
Bundan sonra yeni telefon nömrənlə Tinder-ə daxil ola biləcəksən.