Tinder-də görmək istəmədiyin şəxslər var? Bunun üçün "Kontaktları blokla" funksiyasından istifadə et. Cihazının kontaktlar siyahısını Tinder ilə paylaş, bloklamaq istədiyin kontaktı seç və biz bir-birinizi görməməyiniz üçün əlimizdən gələni edəcəyik.
Bu maddə aşağıdakıları əhatə edir:
Kontaktların blokdan çıxarılması və silinməsi
Tinder kontaktlar siyahını necə emal edir
Bu xüsusiyyət haqqında zəruri qeydlər:
- Bloklanmış kontaktlara onları blokladığınla əlaqəli bildiriş göndərilmir
- Kimisə bloklamaq onun bir Tinder hesabına malik olduğunu göstərmir
- Kontaktların bloklanması mövcud uyğunlaşma və ya mesajlarına təsir etmir
- Blokladığın kontaktın məlumatı, onun qeydiyyatdan keçərkən istifadə etdiyi məlumatla uyğun gəlmirsə, bir-birinizi görməyinizə mane ola bilmərik
- Tinder parametrlərində "Kontaktları blokla" funksiyası ilə kontaktların paylaşılmasını dayandıra bilərsən
- Kontaktlarına giriş icazəsi vermək istəmirsənsə, biz kontakt məlumatının əl ilə daxil edilməsi seçimini təklif edirik
Bir kontaktı bloklamaq
Kimisə bloklamaq üçün kontaktlarımı Tinder ilə necə paylaşa bilərəm?
Bu çox asandır! Cihazından kontaktlar siyahısını Tinder ilə paylaş və bloklamaq istədiyin kontaktları seç:
- Tinder-i aç və profil piktoqramına toxun
- "Parametrlərə" keç
- Ekranı aşağı diyirləyib "Kontaktları blokla" bölümünə keç
- Tinder-ə kontaktlarına giriş icazəsi ver
- "Kontaktlar" bölməsinin altında kontaktlar siyahından çıxarmaq istədiyin insanları seç
- "Kontaktları blokla" seçiminə toxun
Hər dəfə bu funksiyadan istifadə etdiyin zaman cihazından kontaktlar siyahısını çıxaracağıq ki, bloklamaq istədiklərini seçə biləsən. Sən funksiyadan çıxdıqda, yalnız blokladığın şəxslərin kontakt məlumatlarını (ad, e-poçt və/və ya telefon nömrəsi) saxlayacağıq.
Bir kontaktı əl ilə əlavə edə bilərəm?
Bəli. Kontaktlarını artıq Tinder ilə paylaşmaq istəmir və ya kontaktlar siyahında saxlanmayan birini bloklamaq istəyirsənsə, həmin kontaktın məlumatlarını əl ilə əlavə edə bilərsən. Bunu etməyin yolu:
- Yuxarıda 1-dən 3-ə qədər addımları yerinə yetir
- Sonra ekranın yuxarısındakı "+" işarəsinə toxun
- Bu kontaktın məlumatını daxil et və "Bitdi" seçiminə kliklə
Kontaktların blokdan çıxarılması və silinməsi
Birini necə blokdan çıxara bilərəm?
"Kontaktları blokla" funksiyasında bir kontaktı blokdan çıxarmaq üçün bu addımları yerinə yetir:
- Tinder-i aç və profil piktoqramına toxun
- "Parametrlərə" keç
- Ekranı aşağı diyirləyib "Kontaktları blokla" seçiminə kliklə
- "Bloklanmışlar" bölməsinə keç
- Blokdan çıxarmaq istədiyin hər bir bloklanmış kontaktın yanındakı “Blokdan çıxar” seçiminə, yaxud da yuxarı sağ küncdəki menyu işarəsinə toxunub “Hamısını blokdan çıxar” seçiminə kliklə
Cihazımın kontaktlar siyahısını Tinder-lə paylaşmağı necə dayandıra bilərəm?
Bu funksiya ilə cihazının kontaktlar siyahısı arasındakı məlumat mübadiləsini söndürmək istədikdə, aşağıdakı təlimatlara əməl et:
- Yuxarıda 1-dən 3-ə qədər addımları yerinə yetir
- Yuxarı sağ küncdəki menyu piktoqramına toxun
- "Kontaktlar siyahısının əlaqəsini kəs" seçiminə kliklə
Kontaktlar siyahının əlaqəsini kəssən də, bloklanmış kontaktların cari siyahısı dəyişməyəcək. Məxfiliyini qorumaq üçün sən onları blokdan çıxarmağımızı tələb edənədək o kontaktları blokda saxlayacağıq.
Tinder kontaktlar siyahımı necə emal edir?
Sən bu funksiyanı aktivləşdirdikdə, Tinder-də görmək istəmədiyin kontaktları tez və asanlıqla seçə bilməyin üçün kontaktlar siyahından istifadə edirik. Sən hər dəfə "Kontaktları blokla" funksiyasına daxil olduqda, bloklamaq istədiyin şəxsləri seçməyin üçün cihazındakı kontaktların siyahısını çıxaracağıq. Sən funksiyadan çıxdıqda, yalnız blokladığın şəxslərin kontakt məlumatlarını (ad, e-poçt və/və ya telefon nömrəsi) saxlayacağıq. Bu məlumatlardan bloklanmış kontaktlarınla bir-birinizi görməyinizə mane olmaq üçün (onları cihazında qeyd etdiyin hesab məlumatları ilə qeydiyyatdan keçiblərsə) istifadə edəcəyik.
Şəxsi məlumatlarının və məxfiliyinin sənin üçün əhəmiyyətli olduğunu anlayır və bizim üçün də eyni dərəcədə əhəmiyyət daşıdığını bilməyini istəyirik. Məxfilik siyasətimizə nəzər salaraq məxfilik təcrübələrimiz haqqında ətraflı məlumat əldə edə bilərsən.