Qrup görüşləri sənə və dostlarına digər dost qrupları ilə uyğunlaşmaq və çatlaşmaq imkanı verir. Qrup görüşləri müəyyən məhdudiyyətlər çərçivəsində seçilmiş bazarların bütün platformalarında mövcuddur.
Qeyd: Qrup söhbətlərini veb-saytda davam etdirmək mümkün olsa da, hazırda Qrupun digər funksiyaları əlçatan deyil.
Qrup görüşlərindən istifadə
Dostlarla bir Qrup yarada və digər dost qruplarını seçə bilərsiniz. Tinder-dən istifadə edən hər kəs qrup yarada bilər. Qrupunuz 3 üzvə, müəyyən edilmiş fəaliyyət və vaxta çatdıqdan sonra, siz və dostlarınız digər dost qruplarını kəşf edib seçə bilərsiniz. Qrup görüşlərində mini-qolf və ya karaokedən, sadə və rahat gecə əyləncəsinə qədər bir çox planlar qura bilərsiniz.
Bu qruplar Kəşfetmə ekranından fərdi profillərdə və Cütlüklərin görüşü profillərində olduğu kimi görünür, yeganə fərq qrupda birdən çox insanın göstərilməsidir.
Başqa bir qrupla uyğunlaşdığınız zaman, çatlaşmada bütün qrup üzvləri iştirak edir. Həmçinin, qrupundakı şəxslərdən birinin üzərində ekranı sağa sürüşdürərək onunla birbaşa əlaqə üçün fərdi BM aça bilərsən.
Diqqət: Qruplar hazırda sınaqdan keçirildiyi üçün, premium xüsusiyyətlər və abunəliyin faydaları (Boost və Super Bəyənmələr kimi) bu müddət ərzində Qruplarda uyğun olmaya bilər. Biz Qrup görüşlərini sınaqdan keçirməyə davam etdikcə, dəvətlərdə, qoşula biləcəyiniz Qrupların sayında və ya digər funksiyalarda da dəyişikliklərlə qarşılaşa bilərsiniz.
Qrup görüşlərinin tapılması
Qruplar hazırda seçilmiş bazarlarda sınaqdan keçirilən pulsuz bir xüsusiyyətdir. Əgər bu xüsusiyyət bölgənizdə də aktivdirsə, aşağıdakı təlimatlara əməl edin. Bunlar bütün platformalara şamil olunur:
- Kəşfetmə ekranında Qrup görüşləri düyməsinə toxunun.
- Qrup yaratmaq üçün dostlarınızı dəvət edin.
- Digər qrupların "Seçimi" funksiyasından istifadəyə başlayın.
Qrup görüşlərində pozitiv təcrübənin yaradılması
Qruplardan istifadə təcrübəsinin hər kəs üçün pozitiv olmasını istərdik. Faydalı ola biləcək bəzi ipucularına nəzər salın:
- Tinder-dən istifadə edərkən həm siz, həm də Qrup görüşlərindəki dostlarınız İcma qaydalarımıza bələd olmalı və onlara əməl etməlidir. Siyasətimizin hər hansı şəkildə pozulması Qrup daxilindəki 1 və ya bir neçə hesaba qarşı tədbir görməklə nəticələnə bilər.
- Siz və ya dostunuz tətbiqdə, yaxud real həyatda xoşagəlməz bir davranışa məruz qalsanız, bu haqda şikayət edin. Şikayət resurslarımıza buradan baxa bilərsən.
- Tinder-dən istifadə etmək üçün həm siz, həm də Qrup dostlarınız ən azı 18 yaşında olmalısınız.
- Tətbiq daxilində qrup üzvləri ilə çatlaşarkən və ya real həyatda söhbət edərkən hər hansı şəxsi məlumatı (əlaqə məlumatları daxil olmaqla) müzakirə etməzdən əvvəl həmişə qrupun üzvlərindən razılıq alın.
- Cinsi mövzulardan bəhs etmək istədiyiniz zaman qrupdakı hər kəsin bununla razılaşdığından əmin olun.
Qrup görüşləri təcrübənizin fərdiləşdirilməsi
İstər Tinder-ə sırf özünüz və dostlarınıza uyğun bir Qrup tapmaq üçün gəlin, istərsə də Qruplarla heç maraqlanmayın, hər şey öz qərarınızdan asılıdır. Qrup görüşləri təcrübənizi fərdiləşdirə biləcəyiniz xüsusi Parametrlərə malikdir.
- Tinder-i açın və Profil piktoqramına toxunun
.
- Parametrlər piktoqramına toxunun
.
- "Qrup görüşləri" ilə etiketlənmiş bölməni tapana qədər ekranı diyirləyin.
- Burada Kəşfetmə ekranındakı fərdi profillərdən daha çox Qrupları ön plana çıxarmaq və ya bütün Qrupları tamamilə gizlətmək kimi seçimləriniz olacaq.