Astrologiya rejimi seçilmiş bazarlarda Android və iOS istifadəçilərinə açıq bir rejimdir.
Sənə uyğun gələn digər astroloji bürclərə malik insanları göstərmək üçün Astrologiya rejimi (Qərb astrologiyasına əsasən) bürcün kimi bir sıra məlumatlardan istifadə edir. Astroloji bürcünü (Ay, Yüksələn, Günəş) müəyyənləşdirmək üçün paylaşdığı məlumatlardan istifadə edəcəyik. Beləliklə, sənə (Kəşfetmə parametrlərinə əsasən) öz profillərində bürclərini paylaşmış istifadəçiləri və bu işarələrin səninkilərlə uyğunlaşma potensialını göstərəcəyik.
Astrologiya rejiminə giriş
Astrologiya rejimi sənin istifadənə açıqdırsa, Kəşfetmə ekranında yuvarlaq "Astrologiya" düyməsini görəcəksən. 1-dən çox rejim sənin istifadənə açıqdırsa, ekrandakı rejimləri sürüşdürüb aralarından Astrologiya rejimini tapmalı olacaqsan.
- Tinder-i aç
- Kəşfetmə bölməsinə toxun
- Yuvarlaq Astrologiya düyməsini tap və ona toxunaraq Astrologiya rejiminə daxil ol
Astrologiya rejimindən istifadə
İlk dəfə Astrologiya rejiminə daxil olarkən işarələrini müəyyənləşdirmək üçün səndən doğumunla əlaqəli bəzi məlumatlar (doğum yerin və saatın) tələb olunacaq. Nə qədər çox məlumat daxil etsən, hesablama o qədər dəqiq olar. Bəzi məlumatları daxil etməmək (məs., doğum saatı) işarələrin dəqiq hesablanmasına mənfi təsir göstərə bilər.
Qeydiyyatdan keçdiyin zaman doğum tarixi ilə bağlı məlumatların avtomatik doldurulacaq. Qeydiyyatdan keçdikdən sonra doğum tarixini dəyişə bilməzsən, ətraflı məlumat üçün buraya bax.
Nəzərə al ki, doğum məlumatların məxfidir. O, sadəcə bürcünü hesablamaq üçün istifadə ediləcək və digər istifadəçilərə göstərilməyəcək.
İşarələrini müəyyənləşdirdikdən və bunun sənin üçün nə ifadə etdiyini ətraflı şəkildə öyrəndikdən dərhal sonra Astrologiya rejimindəki digər istifadəçilərlə uyğunluğun haqqında qısa məlumatlar görməyə başlayacaqsan. .