"Axtarış" istifadəçilərin uyğun insan tipini yeni üsullarla tapmalarına kömək edən və sınaq mərhələsində olan bir xüsusiyyətdir! Axtarış xüsusiyyəti seçilmiş bazarlarda iOS istifadəçiləri üçün mövcuddur.
Axtarış xüsusiyyətinə giriş
Axtarış xüsusiyyətindən istifadə imkanınız varsa, aşağıdakı təlimatları yerinə yetirməklə onu tapa bilərsiniz:
- Tinder-i açın
- Kəşfetmə tab-vərəqəsinə toxunun.
- Ekranın yuxarı sol küncündəki böyüdücü şüşə piktoqramına toxunun.
- Axtarışa başlayın!
Axtarış xüsusiyyətindən istifadə
Axtarış xüsusiyyəti tipinizə uyğun insanları tapmağınıza kömək etmək üçün müəyyən terminlərlə axtarış etmənizə imkan verir. Qoşulmağa hazırsınız? Maraqlandığınız şeyi axtarın! Axtarış xüsusiyyəti musiqi sevənlər, ev heyvanına sahib olanlar, dünyanı gəzənlər və daha bir çox bu kimi oxşar və ya ortaq maraqlara malik istifadəçiləri tapmaq üçün istifadə oluna bilər. İstər müxtəlif idman növləri, istər müəyyən fəaliyyətlərin pərəstişkarları, istərsə də sənətkarlar və ya musiqiçilər, yaxud da bunlarla yanaşı (demək olar ki) istənilən sahədə Axtarış xüsusiyyəti sizə öz tipinizi tapmaqda kömək edə bilər!
Axtarış xüsusiyyəti müəyyən bir şəxsi tapmaq üçün nəzərdə tutulmayıb. İnsanların adı, yaşı, sosial media hesabları, yaxud da irqi, milliyyəti və ya dini xüsusiyyətlərinə görə aparılan axtarışların nəticəsini təqdim etmirik. Açıq-saçıq ifadələri əhatə edən və ya qanuna zidd fəaliyyətlərə dair axtarışlar dəstəklənmir.
*Diqqət: Müəyyən yaşa, dinə və digər meyarlara uyğun istifadəçiləri tapmağınıza kömək etmək üçün filtrlər və seçimlər kimi başqa funksiyalar və Kəşfetmə parametrləri təqdim edirik.
Axtarış xüsusiyyəti necə işləyir
Axtarış xüsusiyyəti fotolar, bio təfərrüatları, və digər elementlər kimi profilinizdə paylaşdığınız məlumatlardan istifadə edir ki, kimsə axtarış edəndə ən uyğun nəticələr göstərilsin. Bu, əsasən istifadəçinin fiziki xüsusiyyətlərinə deyil, – maraqlarına, həyat tərzinə və hisslərinə aid məlumatlar olur.
İcmamızı təhlükəsiz və inklüziv saxlamaq üçün Axtarış xüsusiyyəti bir neçə əsas prinsipə əməl edir:
Axtarış, maraqlar və həyat tərzi əsasında uyğunlaşmaları tapmaq üçün optimallaşdırılıb. Sevdiyiniz şeylərlə bağlı açar sözlər üzrə axtarış apara bilərsiniz, lakin axtarış sistemimiz irq, din, bədən tipi və ya siyasi mənsubiyyət kimi həssas şəxsi xüsusiyyətlərə əsaslanan məlumatların axtarışında uyğun nəticə vermək üçün nəzərdə tutulmayıb. İnanırıq ki, ən yaxşı tanışlıqlar insanın fiziki xüsusiyyətlərinə deyil, özünə diqqət yetirdiyinizdə yaranır.
Mühitin etimadını qorumaq üçün Axtarış xüsusiyyəti həssas atributlara və ya Tinder-də icazə verilməyən hər hansı bir şeyə dair verilən axtarışın nəticələrini göstərmir. Bunlara aşağıdakılar daxildir:
- Qanunsuz məzmun: Seks biznes, narkotik maddə satışı və ya insan alveri ilə bağlı açar sözlər.
- Zərərli məzmun: Nifrətamiz sözlər, zorakılıq və ya seksual xarakterli açıq-saçıq açar sözlər.
- Təhlükəsizlik terminləri: Özünə zərər vermə və ya azyaşlıların istismarı ilə bağlı axtarışlar.
- Dəyişməz xüsusiyyətlər: İrq, din, bədən tipi, siyasi mənsubiyyət, boy, göz rəngi, saç rəngi ilə bağlı axtarışlar
Axtarış termini dəstəklənmirsə, axtarışa icazə verilmədiyi barədə bildiriş görəcəksiniz.
İstifadəçilərimizin məxfiliyini qorumaq və platformadan kənar hədələmənin qarşısını almaq üçün müəyyən şəxsləri adlarına və ya social media hesablarına əsasən tapmaq məqsədilə Axtarış xüsusiyyətindən istifadə oluna bilməz.
Məxfilik və Təhlükəsizlik
Tinder təcrübəsinin bütün xüsusiyyətlərində olduğu kimi, istifadəçilərimizin məxfiliyi və təhlükəsizliyi də bizim üçün çox önəmlidir. Axtarış xüsusiyyəti, İcma qaydalarımızı pozan axtarışları dəstəkləmək üçün nəzərdə tutulmayıb. Profiliniz başqa istifadəçinin axtarış nəticələrində görünə bilər, amma digər istifadəçilər adınız və ya social media hesabınızdan istifadə edərək sizi Axtarış xüsusiyyəti ilə tapa bilməz. Bundan əlavə, nə blokladığınız istifadəçilər sizi öz axtarışlarında, nə də siz onları öz axtarışlarınızda görməyəcəksiniz.