Ən təbii halını paylaş
Tinder-də hədəfimiz hər kəs üçün təhlükəsiz, inküliziv bir qrup yaratmaq və saxlamaqdır. Platformamızdakı təcrübənin yalnız pozitiv deyil, həm də effektiv olmasını təmin etmək üçün daim yeni yollar arayışındayıq. Özünü ən təbii formada ifadə etməyini dəstəkləyən təşəbbüslərə üstünlük vermək işimizin əsasını təşkil edir.
Gender və cinsiyyət spektrinin hansı kateqoriyasında olmağından asılı olmayaraq, burada səni görməyə hər zaman şadıq. Özünü dəqiq və rahat bir şəkildə təsvir etməyin üçün gender kimliklərimizi və cinsi oriyentasiya seçimlərimizi genişləndirməklə əlaqəli səylərimizi davam etdiririk.
Qeyd: Yerləşdiyin bölgədən asılı olaraq təcrübən fərqlənə biləcəyi üçün biz seçilmiş bazarlarda geniş çeşiddə gender və cinsi oriyentasiya seçimlərini sınaqdan keçiririk.
Bu nə üçün əhəmiyyətlidir
İstifadəçilərimizin kimliklərinin mürəkkəb və çoxşaxəli olduğunu və bu fərqlilikləri əks etdirmək üçün platformamızın göstərdiyi köməyin əhəmiyyətini başa düşürük. Gender və cinsi oriyentasiyanı paylaşmaq təhlükəsizliyini, rahatlığını və inklüzivliyini qorumağımıza kömək edir. Həmçinin, bu, sənin haqqında daha ətraflı məlumata sahib olmamıza və seçimlərinə müvafiq gələn potensial uyğunlaşmalar tövsiyə etməmizə kömək edir.
Gender və cinsi oriyentasiyanı paylaşmağı seçdikdə o, yalnız profilində görünür. Bu funksiyanın kimlikləri və özünüifadələri cərimələnən, yaxud da damğalanan LGBTQIA+ istifadəçiləri üçün avtomatik olaraq silinməsini təmin etmək üçün var gücümüzlə səy göstəririk.
Gender və ya cinsi oriyentasiyanın yenilənməsi
Aşağıdakı addımları keçərək istənilən zaman gender və ya cinsi oriyentasiyanı yeniləyə bilərsən:
- Tinder-i aç
- Profil piktoqramına toxun
- Qələm piktoqramına və ya "Profili redaktə et" seçiminə toxun
- Ekranı aşağıdakı "Gender" və ya "Cinsi oriyentasiya" bölməsinə sürüşdür
Gender yeniləmələri: "Kişi", "Qadın" yaxud da "İki cinsdən fərqli" seçimlərindən birinə kliklə. Özünü daha yaxşı təqdim etməyə kömək üçün əlavə seçimlərdən də istifadə etmək olar. Özünü ifadə etmək üçün istənilən qədər çox gender seçimi edə bilərsən. Əsas kateqoriyalardan ən az birini seçməlisən.
Cinsi oriyentasiya yeniləmələri: İstər cinsi oriyentasiyanı açıqlamağı, istərsə də bu barədə heç nə deməməyi seç - son qərar sənindir! Bu hissə vacib deyil.
Gender və ya cinsi oriyentasiyanın göstərilməsi
Profilini redaktə edərkən gender və cinsi oriyentasiyanın görünməsini idarə etmə imkanınız var. Bu məlumatın adının altında görünməsini, onu tamamilə gizlətməyi və ya yalnız istədiyin bəzi cəhətlərini göstərməyi seçə bilərsən. Seçimlərinin necə göründüyünə baxmaq üçün profilini birbaşa "Profili redaktə et" ekranında nəzərdən keçirə bilərsən. Təhlükəsizliyin üçün kimliyinin cərimələnə biləcəyi məkanlarda gender və cinsi oriyentasiya seçimlərin gizlədiləcək.
TVS-lar
Nə üçün "Qeyri-cins" əvəzinə "İki cins xaricində" seçimi var?
"İki cins xaricində" terminindən kimliklərini "Dəyişkən gender", GNC və İnterseksual kimi ifadə edənlər daxil, özlərini ənənəvi "Kişi" və ya "Qadın" kateqoriyalarına aid hiss etməyənləri inklüziv şəkildə təsvir etmək üçün istifadə edirik. Bu termin Tinder-də hər kəsin unikal təcrübələrinə hörmətlə yanaşmanı təmin edir.
Tinder-də gender və ya cinsi oriyentasiyamı görməsəm nə etməliyəm?
İnklüzivlik üzrə ekspertlərin məlumatları və sənin kimi istifadəçilərin rəyləri sayəsində kimliklərlə əlaqəli siyahımız davamlı olaraq təkmilləşir. Gender və ya cinsi oriyentasiyan siyahıda yoxdursa, bizə məlumat vermək üçün "Siyahıda deyil" seçimindən istifadə et. Rəyin inklüzivlik üzrə davam edən öhdəliyimizin təkmilləşməsi üçün vacibdir.
Qeyd: Məkanından asılı olaraq "Siyahıda deyil" seçimini təqdim etmək mümkün olmaya bilər.
Gender məlumatım başqalarının məni Tinder-də tapması üçün istifadə olunur?
Bəli, Tinder-də genderini ifadə etmə üsulun digərlərinin axtarışlarında kim olaraq görünməyinə təsir edir. Həmçinin, Kəşfetmə parametrlərini yeniləyərək Tinder-də kimləri görəcəyini müəyyənləşdirə bilərsən. Bu, Tinder-də kiminlə əlaqə saxlamağına nəzarət etmə imkanı verir.