Foto Selektor nədir?
Foto Selektor fotoqalereyandakı hansı fotolardan profil fotosu kimi istifadə oluna biləcəyini müəyyənləşdirməyə kömək edən cihazdaxili bir alətdir. Selfi çəkmək və ya mövcud fotondan istifadə etməklə Sİ-dən profilin üçün dərhal fotolar tapmasını istə, qalan işi isə Foto Selektor-a burax. Bu alət sən qeydiyyatdan keçərkən və istənilən vaxt profil fotosu əlavə edərkən aktiv olacaq.
Foto Selektor necə işləyir?
Əvvəlcə cihazında fotolarını tapmaq üçün istifadə olunan biometrik məlumatlar yaratmalısan. İki seçimin olacaq — ya üzünün göründüyü bir profil fotosundan istifadə edə, ya da bunun əvəzinə selfi çəkə bilərsən.
Daha sonra isə bu funksiya fotoqalereyandan profil fotosu olmağa uyğun fotoları seçir. Bu seçim müvafiq profil fotosu haqqında öyrəndiyimiz işıqlandırma, kompozisiya və digər nüanslara əsaslanır. Funksiya həmçinin qrup fotolarını, o cümlədən İstifadə Şərtlərimizi və İcma qaydalarımızı pozan fotoları filtrləyir.
Nəhayət, sənə təklif olunan fotolardan hansının profilinə yüklənəcəyini seçirsən. Bu funksiya sənə kömək üçün nəzərdə tutulsa da, yükləmək istədiyin fotoların İstifadə Şərtlərimizə və İcma qaydalarımıza, o cümlədən Foto Selektor-dan istifadənə tətbiq oluna biləcək istənilən yerli qanunlara uyğun olmasından və ümumilikdə yükləmək istədiyin hər şeydən yalnız özünün məsuliyyət daşıdığını unutma.
Həmçinin, bu ilk addımın işə yaraması üçün fotoqalereya və kameraya tam və ya qismən giriş icazəsi verməlisən. İcazə səviyyələrini tənzimləmək üçün bu seçimi Parametrlərdən hər zaman dəyişə və ya işin bitdikdən sonra onu tamamilə silə bilərsən.
Foto Selektor datalarımdan necə istifadə edir?
İndi isə ən yaxşı hissə barədə. Foto Selektor funksiyası tamamilə cihazında işləyir və sən ona hər zaman nəzarət edə bilirsən. Prosesin hər bir mərhələsində datalarının necə istifadə olunduğu haqqında ətraflı məlumat üçün aşağıya nəzər sal:
- Profil fotosu təklifi: Foto Selektor bu funksiyadan istifadə üçün sənə profil fotosu təklif edərkən biometrik datalarından istifadə etmir. Əvəzində isə, Tinder heç bir biometrik məlumat yaratmadan və ya üzünün xüsusiyyətləri haqqında məlumat toplamadan profil fotolarından hansının üz konturuna sahib olduğunu aşkar etmək üçün məxfiliyi qoruma vasitəsindən istifadə edir. Bu proses tamamilə cihazında baş verir və Tinder hansı profil fotolarında üz aşkarlandığına dair heç bir məlumat almır.
- Biometrik məlumatlarının yaradılması və istifadəsi: Biometrik məlumatlar ya profil fotoları, ya da video selfiindən yaradılır, sonra fotoqalereyandakı fotolarla müqayisə edilir. Tinder selfi videondan, profil fotondan və ya fotoqalereyandakı fotolardan yaranan heç bir biometrik məlumatı toplamır, saxlamır, onlara daxil olmur və ya başqa şəkildə qəbul etmir. Bunun əvəzinə, hər şey tamamilə cihazında baş verir və sən funksiyadan çıxdıqda bu funksiyanın bir hissəsi kimi istifadə edilən bütün biometrik məlumatlar cihazından silinir.
- Fotolarının skanı: Tinder fotoqalereyandakı heç bir fotonu toplamır və ya onlara daxil olmur və müəyyən fotoların skan edilərək sənə təklif olunması prosesi tamamilə cihazında baş verir. Tinder yalnız profilinə yükləməyi seçdiyin yekun fotoları toplayır.
Nə üçün təklif olunan fotolar arasında dostlarımla olan fotolarım yoxdur?
Foto Selektor qrup fotolarını xaric edəcək şəkildə dizayn olunub. Səndən bu funksiyadan yalnız öz fotolarını tapmaq üçün istifadə etməyini xahiş edirik.
Mənə təqdim olunan fotoları bəyənməsəm, nə etməliyəm?
Foto Selektor-un sənə təqdim etdiyi fotoları bəyənmədiyini düşündüyün zaman rəyini əlaqə formamızda bizimlə bölüş. Rəyin funksiyanı təkmilləşdirməyimizə kömək etməkdə bizim üçün mühüm rol oynayır.
Foto Selektor hansı tətbiqlər üçün aktivdir?
Foto Selektor qlobal olaraq Android və iOS istifadəçiləri üçün aktivdir.