Bəzi bazarlarda bu funksiyanın Apple-ın Vision çərçivəsinin köməyi ilə profil fotosu tövsiyələri təqdim edən fərqli versiyasını sınaqdan keçiririk. Bu məqalə həmin təcrübənin necə işlədiyini izah edir.
Nəzərə alın: Əvəzində Foto Selektor görən istifadəçilər, bu məqaləni oxuyun.
Proses haqqında
Bu funksiya fotoların keyfiyyətini və onların fərdi, yoxsa qrup fotosu olduğunu nəzərə alaraq fotoqalereyanızda profil fotosu kimi uyğun ola biləcək fotoları tapmağınıza kömək edir. Yer aldığınız fotoları tapmağa çalışmaq üçün Apple-ın Vision çərçivəsinin köməyi ilə biometrik xüsusiyyət izləri, yəni hazırkı Tinder profilinizdəki və fotoqalereyanızdakı fotolarda olan üzlərin rəqəmsal təsvirlərini yaradır. Tinder sizin olduğunuz ehtimal olunan fotoları tapmaq üçün bu xüsusiyyət izlərini cihazınızda müqayisə edir. Profilinizə, istəsəniz, hansı fotoları əlavə edəcəyinizi seçirsiniz.
Məlumatlarımdan necə istifadə olunur
Bu təhlil cihazınızda aparılır. Xüsusiyyət izləri yalnız müvəqqəti olaraq cihazınızın yaddaşında yaradılır və istifadə olunur, heç vaxt Tinder-ə göndərilmir, saxlanılmır və funksiyadan çıxdıqda silinir.
Tinder yalnız profilinizə əlavə etmək üçün seçdiyiniz fotoları alır. Foto Selektorda olduğu kimi, yükləmək üçün seçdiyiniz fotolara görə məsuliyyət daşıyırsınız.
İmtina etmək
Bu funksiya məcburi deyil və fotolarınızı əl ilə də seçə bilərsiniz. Cihazının parametrlərində Tinder-in fotoqalereyanıza giriş icazəsini istənilən vaxt ləğv edə və ya məhdudlaşdıra bilərsiniz.
Digər foto funksiyaları
Bəzi bazarlarda Tinder profilinizə əlavə etmək üçün fotolar və mövzular təklif edən istəyə bağlı fotoqalereya skanı funksiyasını da təqdim edir. Ətraflı məlumat üçün Foto əsaslı tövsiyələr ilə tanış olun.