Foto faktları fotoqalereyandakı nümunələri təhlil etməklə yaradılan maraqlarının, şəxsiyyətinin və ya həyat tərzinin qısa təsvirləridir. Bu xüsusiyyət seçilmiş bazarlarda iOS istifadəçiləri üçün mövcuddur.
Foto faktlarına giriş
Aşağıdakı təlimatları yerinə yetirməklə Foto faktlarını tapa bilərsən:
- Tinder-i aç
- Profil piktoqramına toxun
- Kimya piktoqramına toxun
Foto faktlarından istifadə
Sən Foto faktlarını aktivləşdirdikdə, biz Tinder-in təcrübəni fərdiləşdirməyinə və daha yaxşı əlaqələr qurmağına kömək etməsi üçün kamera fotolarını təhlil edir və əsas mövzuları müəyyənləşdiririk. Bu bir neçə addımda həyata keçirilir:
- Skanlama: Sən icazə verdikdə, foto keyfiyyətini və məzmununu təhlil etmək üçün fotoqalereyan birbaşa cihazında skan olunur.
- Faktların yaradılması: Sİ texnologiyasından istifadə edərək foto faktlarını yaratmaq üçün seçilmiş fotolar müvəqqəti olaraq serverimizə yüklənir. Foto faktları sənin fotolarında aşkar edilən mövzu və obyektlərə əsaslanır.
- Foto faktlarının seçilməsi: Foto faktların baxışa hazır olduqda, sənə bildiriş göndərəcəyik və saxlamaq istədiyin Foto faktlarını özün seçəcəksən.
- Fərdiləşdirilmiş Foto tövsiyələri: Xarakterini göstərən istər fərdi fotolar, istərsə də foto kollajlarını profilinə əlavə etmək istəsən, sənə uyğun fotoları tövsiyə etmək üçün saxladığın Foto faktlarından istifadə edirik. Bu tövsiyələr həyat tərzin, maraqların və xarakterinlə bağlı mövzularda hansı növ fotoların yaxşı nəticə verdiyi haqqında Foto faktlarından əldə etdiyimiz məlumatlara əsaslanır. Həmçinin, fotoqalereyandakı fotoları müəyyən etmək üçün selfi çəkmək və ya profil fotondan istifadə edərək biometrik məlumatlar yaratmaq seçiminə də malik olursan.
- Foto tövsiyələri seçimi: Profilinə yükləmək istədiyin fotoları seçirsən. Biz sənin icazən olmadan profilinə fotolar əlavə etmirik.
Sən Foto faktlarını nəzərdən keçirib təsdiqlədikdən sonra onlar foto tövsiyələri kimi xüsusiyyətlərə malik olur. Fotolarının arxa planındakı "faktları" başa düşdükdən sonra foto tövsiyələr funksiyası fotoqalereyandan xarakterini ən yaxşı əks etdirən xüsusi fotolar tövsiyə edir və bu da profilini tətbiqdəki varlığını gücləndirən fotolarla yeniləməyi asanlaşdırır. Həmçinin, potensial uyğunlaşmalarına kim olduğunu göstərmək və müəyyən tövsiyələrin sənə daha uyğun ola biləcəyini izah etmək üçün Foto faktlarından istifadə edəcəyik.
Foto faktları datalarından necə istifadə edir
Foto faktları
Bu xüsusiyyəti aktivləşdirsən, keyfiyyətinə, məzmununa və bənzərliyinə əsasən haqqında müvafiq faktlar yarada biləcəyini düşündüyümüz fotolarını müəyyənləşdirmək üçün cihazından fotoqalereyanı birbaşa skan edirik. Müəyyənləşdirilmiş fotolar müvəqqəti olaraq Tinder serverlərinə yüklənir və yalnız Foto faktları yaratmaq üçün Sİ texnologiyası provayderimizlə paylaşılır. Sən profilinə əlavə etməyi seçmədikdə, fotoların (məsələn foto tövsiyələri funksiyasının seçdiyi fotolar kimi) silinir.
Saxladığın Foto faktları Faktlar mərkəzinə əlavə olunaraq Tinder-in foto tövsiyələri və bənzər xüsusiyyətlər vasitəsilə təcrübəni fərdiləşdirməsinə, o cümlədən başqaları ilə daha yaxşı əlaqələr qurmağına kömək etmək üçün istifadə olunur. Saxlamadığın Foto faktları 90 gün içində silinir və Foto faktları xüsusiyyətinin təkmilləşdirilməsinə kömək etmək üçün təhlil oluna bilər.
Foto tövsiyələri və kollajlar
Fotoqalereyanın skan edilməsini seçsən, yaxın planda, boydan görünən fotolar, qrup fotoları, səyahətdə ikən və ya ev heyvanları ilə çəkilmiş fotolar kimi hansı növ fotolarının daha çox olduğunu anlamaq üçün cihazı skan edirik. Biz bunu fotolarındakı vizual nümunələri təhlil edən avtomatlaşdırılmış texnologiyanın istifadəsi ilə edirik. Bu nümunələrə, Foto faktlarına və Tinder-də nəyin daha çox işə yaradığı haqqında bildiklərimizə əsasən profilinə əlavə etmək istəyə biləcəyin bir neçə fotonu tövsiyə edirik. Məqsədimiz fərqli tərəflərini göstərən aydın görünən, müxtəlif fotolar seçməyinə kömək etməkdir. İstəmədiyin təqdirdə fotoların profilinə əlavə olunmur - yəni nəzarət öz əlindədir.
Foto tövsiyələrində biometrik datalardan necə istifadə olunur?
Səni əks etdirən fotolarını tövsiyə etməyimizi istəyirsənsə, cihazında öz fotolarını tapmaq üçün biometrik data yarada bilərsən. Bunun üçün bir selfi çək, yaxud da əgər varsa, tək çəkilmiş 1 profil fotondan istifadə et. Dataların aşağıdakı kimi emal olunur:
- Profil fotosu tövsiyəsi: Əgər 1 profil foton varsa, istifadə etməyin üçün sənə uyğun profil fotosu tövsiyə edirik. Tinder heç bir biometrik data yaratmadan və ya üzünün xüsusiyyətləri haqqında məlumat toplamadan profil fotolarından hansının üz konturuna sahib olduğunu aşkar etmək üçün məxfiliyi qoruma vasitəsindən istifadə edir. Bu proses tamamilə sənin cihazında aparılır.
- Biometrik datalarının yaradılması və istifadəsi: Biometrik datalar ya profil fotoları, ya da selfindən yaradılır, sonra isə fotoqalereyandakı fotolarla müqayisə edilir. Tinder selfindən, profil fotondan və ya fotoqalereyandakı fotolardan yaradılmış heç bir biometrik məlumatı toplamır, saxlamır, onlara daxil olmur və ya onları başqa şəkildə qəbul etmir. Bunun əvəzinə, hər şey tamamilə cihazında baş verir və sən funksiyadan çıxdıqda, bu funksiyanın bir hissəsi kimi istifadə edilən bütün biometrik datalar cihazından silinir. Selfin də silinir.
- Fotolarının skan edilməsi: Müəyyən fotoların tövsiyə olunması prosesi tamamilə cihazında baş verir. Tinder yalnız yekun olaraq profilinə yükləməyi seçdiyin fotoları saxlayır.
Bu addım əlavə seçimdir və səndən bir selfi çəkmək tələb olunmur. Müvafiq bir profil fotosundan istifadə etməyi və ya bir selfi çəkməyi seçməsən, Foto faktları yaratmaq üçün yenə də fotoqalereyanı skan edəcəyik, amma foto tövsiyələrin və kollajlar səni əks etdirməyə bilər.
Foto faktlarının məhdudlaşdırılması
Foto faktlarını, tövsiyələrini və kollajları yaratmaq üçün istifadə olunan texnologiya faydalı olmaq, eləcə də İstifadə Şərtlərimizi və ya İcma qaydalarımızı poza biləcək fotoları və ya faktları əhatə etməmək məqsədilə tərtib edilib, lakin texnologiya 100% dəqiqliklə işləmir. O bəzən şəxsi seçimlərinə uyğun olmayan və ya həyat tərzini səhv əks etdirən fotolar da tövsiyə edə bilər. Unutma ki, bu vasitə sənə kömək məqsədilə yaradılsa da, yükləmək istədiyin fotolardan yalnız sən məsuliyyət daşıyırsan, onların İstifadə şərtlərimizə, İcma qaydalarımıza və yerli qanunlara uyğun gəldiyindən əmin ol.
Həmçinin, bunları nəzərə al:
- Uyğunluq: Kifayət qədər foton yoxdursa, Foto faktları və foto tövsiyələri aktiv olmaya bilər. Bu xüsusiyyətlərdən istifadə etmək üçün kifayət qədər fotonun olub-olmadığını müəyyənləşdirmək məqsədilə vaxtaşırı fotoqalereyanı yoxlayacağıq.
- Davamlı skan etmə: Yarıda kəsilsə, skan prosesi tamamlanana qədər növbəti dəfə tətbiq açıldıqda qaldığı yerdən davam edir.
-
Təkrar skan etmə: Fotoqalereyanı təkrar skan etməyi seçsən, köhnə Foto faktların son skandan götürülmüş yeni faktlarla əvəz olunacaq.
Həssas mövzular
Bəzi hallarda Foto faktlar fotolarında müəyyən edilmiş nümunələrə əsasən mədəni, dini, siyasi, həyat tərzi və ya digər potensial həssas mövzuları əks etdirən nüanslar əks oluna bilər. Bu faktlar avtomatik yaradılır və hər zaman şəxsi görüş və ya xarakterini dəqiq əks etdirməyə bilər. İstifadə etməzdən əvvəl hər zaman hansı Foto faktları nəzərdən keçirmək və saxlamaq istədiyini seçmək imkanın olacaq və onları istənilən vaxt Faktlar mərkəzində silə biləcəksən.
Seçimin ləğv olunması və ya datalarının silinməsi
Fotolarına və Foto faktlarına nəzarət öz əlindədir. Həmçinin, fotoqalereya skanını tamamilə ləğv edə bilərsən.
- Faktlar mərkəzi: Foto faktlarını seçdikdən dərhal sonra onları istədiyin zaman Faktlar mərkəzindən idarə edə və silə bilərsən.
- Tövsiyə olunan fotolar və kollajlar: Yalnız seçdiyin tövsiyə olunan fotolar və kollajlar profilinə əlavə edilir. Bunları istədiyin zaman "Profil parametrlərinin redaktəsi"ndən silə bilərsən.
- Fotoqalereya icazələri: Cihazının sistem parametrlərindən istədiyin vaxt fotoqalereya girişini tənzimləyə və ya silə bilərsən.
Bizim Məxfilik siyasəti səhifəmizə daxil olaraq məxfilik təcrübələrimiz və Haqların ilə bağlı ətraflı məlumat ala bilərsən. Həmçinin, məlumatının bir nüsxəsini necə tələb etmək haqqında da öyrənə bilərsən.