Sİ əsaslı uyğunlaşma məxsusi seçim və maraqlarınıza müvafiq fərdiləşdirilmiş tanışlıqlar tapmaqda kömək etmək üçün tərtib edilib. Tinder profilinizdəki məlumatdan, suallara verdiyiniz cavablardan və əlavə olaraq fotoqalereyanızdan yüklədiyiniz fotolardan görünən faktlardan istifadə etməklə Sİ yalnız sizin üçün uyğunlaşma tövsiyələri hazırlayır!
Qeyd: Bu xüsusiyyət hazırda seçilmiş bazarlarda istifadəyə verilir və bölgənizdə hələlik mövcud olmaya bilər.
Sİ əsaslı uyğunlaşmadan istifadə etməyə başlamaq üçün
Fərdiləşdirilmiş Günün tövsiyəsi təkliflərini almaq üçün aşağıdakı addımları yerinə yetirərək Sİ əsaslı uyğunlaşmadan istifadə etməyə başlayın:
Sİ əsaslı uyğunlaşmadan istifadə etməyə başlamaq və Günün tövsiyələrini almaq üçün aşağıdakı addımları yerinə yetirin:
- Kəşfetmə ekranının yuxarı sağ küncündəki almaz piktoqramına toxunun
- Tövsiyələrinizin hazırlanması üçün suallara cavab verin (Yalnız bunlara cavab verməlisiniz)
- Foto girişini paylaşmağa razılıq verin (bu, seçiminizdən asılıdır, lakin bütün fotoqalereyaya giriş icazəsi vermək maraqları sizə müvafiq şəxsləri müəyyənləşdirməyə kömək edə bilər)
- Günün tövsiyəsini almaq üçün düyməyə toxunun
Almaz piktoqramına toxunaraq Günün tövsiyələrinə istənilən vaxt baxa bilərsiniz.
Sİ əsaslı uyğunlaşmadan istifadəni dayandırmaq üçün
Sİ əsaslı uyğunlaşma xüsusiyyətimizdən istifadə tamamilə seçiminizdən asılıdır! Tinder-dən onunla və o olmadan istifadə edə bilərsiniz.
Xüsusiyyətdən istifadəyə ara vermək istəyirsinizsə, problem yoxdur. Sadəcə Kəşfetmə ekranınızın yuxarı sağ küncündəki almaz piktoqramına toxunmayın. Piktoqram hələ də görünəcək, lakin ondan istifadə tamamilə sizdən asılıdır.
Sİ əsaslı uyğunlaşma faktlarını idarə edin
Faktlar mərkəzində Günün tövsiyələrinə təsir edən amilləri nəzərdən keçirin və idarə edin. Burada təcrübənizi fərdiləşdirmək üçün istifadə olunan faktları görə və silə bilərsiniz.
Faktlarınıza daxil olmaq üçün aşağıdakı addımları yerinə yetirin:
- Kəşfetmə ekranının yuxarı sağ küncündəki almaz piktoqramına toxunun
- "Faktlarımı kəşf et" seçiminə toxunun
- Suallara verdiyiniz cavablar əsasında yaradılmış bütün faktlara baxın
- Faktlarınızdan hər hansı birini silmək üçün silmək istədiyiniz fakta toxunub "Sil" düyməsinə klikləyin
Fotoqalereya teqləməsinə icazə verməyi seçimisinizsə, bu məlumatlar faktlarınıza təsir etmək üçün də istifadə olunacaq. Fotoqalereya teqlərinin idarə olunması ilə əlaqəli daha ətraflı buradan öyrənə bilərsiniz.
Sİ əsaslı uyğunlaşma üçün məlumatlarınızdan necə istifadə edirik
Sİ əsaslı uyğunlaşma siz və axtarışlarınız haqqında faktlar yaradır; yuxarıdakı bölmədə də təsvir edildiyi kimi, siz bunlara istədiyiniz vaxt daxil olub idarə edə bilərsiniz. Bu faktlar Tinder profilinizdəki məlumatlara, faəliyyətinizə, suallara verdiyiniz cavablara və fotoqalereya foto teqlərinizi—aktivləşdirməyinizə— əsasən yaradılır. Bu halda həmin faktlardan sizə daha müvafiq fərdi tövsiyələr yaratmaq üçün istifadə edilir.
Məxfilik siyasətinə daxil olaraq datalardan necə istifadə etdiyimizlə əlaqəli ətraflı məlumat ala bilərsiniz. Həmçinin, Kömək mərkəzimizə baş çəkərək datalarınızın bir surətini tələb etməyin yolları haqqında öyrənə bilərsiniz.
Daha çox kömək
Sİ əsaslı uyğunlaşma xüsusiyyətindən istifadə edərkən daha çox köməyə ehtiyacınız varsa, ətraflı şəkildə bizə yazın ki, sizə kömək edə bilək.